Ekzimer lazer

LASIK nədir?
Laser in Situ Keratomileusis (LASİK) - refraktiv cərrahiyədə ən çox istifadə olunan metoddur. Mikrokeratom və ya lazer vasitəsi ilə buynuz qişada " flap" (qapaq) yaradilir. Flap qaldrildikdan sonra buynuz qişa eksimer lazer ilə abilatsiya olunur. Abilyatsiyadan sonra isə flap təkrar yerinə qaytarilir.
LASİK kimlərə olunur?
-
LASIK miopiya, hipermetropiya və astiqmatizm kimi göz qüsuru olan şəxslərə tətbiq olunur.
-
Mioplarda - 10, hipermetroplarda +5, astiqmatlarda isə 5-ə qədər Lasiklə korreksiya oluna bilər.
-
Gözün inkişafı dayandiqdan sonra əməliyyat aparila bilər.
-
Hamiləlik, süd vermə, kollagen toxuma xəstəlikləri zamanı əməliyyat əks göstərişdir.
-
Keratokonuslu xəstələrə əks göstərişdir.
LASİK-in riski var?
-
Əməliyyat vaxti yaranan fəsadlar ("flap"a baglı)
-
Əməliyyat sonrası yaranan problemlər (ektaziya, ölcülərin qayidması,quru göz və s.)
FRK (PRK) nədir?
Fotorefraktiv keratoektamiya (FRK) – Eksimer lazerlə eynəkdən azad olmanın ilk üsuludır. İlk dəfə 1985-ci ildə Berlində icra olunub.
FRK necə icra olunur ?
FRK zamanı buynuz qişanın üst təbəqəsi mexaniki yolla təmizlənir və sonra buynuz qişa eksimer lazerlə abelyatsiya olunur. Gözə müvəqqəti kontakt linza qoyulur.Bununla da əməliyyat bitmiş olur.
FRK-yə biçaqsız metod demək olar?
Bəli. Bu əməliyyat zamanı heç bir kəsik aparılmır.
Hansı qüsurlar zamanı FRK etmək olar?
-
Miopiya -1-dən -6-ya kimi
-
Hipermetropiya +1-dən +3-ə kimi
-
Astiqmatizm -0.5-dən -3-ə kimi
FRK-dan sonra agrilar normaldır?
Bəli. Əməliyyatdan sonra 3 gün agri olmalıdır.
