Görmə  yoxlanılması 

Görmə itiliyinin yoxlanması

Sivtsev cədvəli – görmə itiliyinin yoxlanması üçün çap edilmiş işarələr toplusudur. Cədvəl 2 cərgədən ibarətdir: solda "D=", sağda"V=". V qiyməti 5 metrlik məsafədən yoxlanılan görmə itiliyinə uyğun gəlir. Normada 1,0-a bərabərdir.

 

Sivtsev cədvəli ilə görməni yoxlamaq üçün çap edilmiş cədvəli gözləriniz səviyyəsində divardan asın. Otağın işıqlarını yandırın və cədvəldən 5 metrlik məsafəyə uzaqlaşın. Bir əliniz və ya kağız parçası ilə gözünüzün birini bağlayın və digər gözünüzlə görə bildiyiniz sətirləri oxuyun. Eyni proseduru digər gözünüzlə də təkrarlayın. ​

Nəticə | Əgər nəticələrinizin normaya uyğun olmadığını aşkar etmisinizsə, oftalmoloqa müraciət edin.

Makulodistrofiyanın aşkarlanması

Verilmiş test tor qişanın mərkəzi sahəsinin patologiyasını aşkarlamaq üçün nəzərdə tutulmuşdur. Bu testdən keçmək üçün eynək və ya kontakt linzalarınızı geyinin (əgər istifadə edirsinizsə), otağın ümumi işıqlandırılmasını qoşun, əliniz və ya kağız parçası ilə gözlərinizdən birini bağlayın, digər gözlə cədvəlin mərkəzindəki nöqtəyə baxın, sonra isə cədəvəlin digər hissələrinə göz gəzdirin. Eyni proseduru ikinci gözünüzlə də təkrarlayın. Alınan nəticələri müqayisə edin.

Nəticə | Bütün xətləri düz görürsünüz? Bütün kvadratlar eyni ölçüdədir? Boz ləkələr, əyri xətlər görürsünüzmü? Əgər görmürsünüzsə, o zaman tor qişanızın mərkəzi hissəsi (makula) qaydasındadır. Əgər nəticənin normaya uyğun olmadığını aşkarlamısınızsa, mütləq oftalmoloqa müraciət edin.

Astiqmatizmin təyini

Gözlərinizi yoxlamaq üçün otağın ümumi işıqlandırmasını qoşun, bir gözünüzü bağlayıb, digər gözünüzlə təsvirə baxın.

 

Şəkildəki  bütün xətlər eyni ölçüdə və rəngdədir. Simens ulduzu görmə itiliyinin daim dəyişdiyini və bu dəyişmənin idarə edildiyini görməyə imkan verir. 

Əgər görmə itiliyi normadadırsa, xətlər mərkəzə yaxın sahədə dəqiq və aydın seçilir, mərkəzi nöqtədən uzaqlaşdıqca isə bulanıqlaşır, bəzi hissələrdə isə tamamilə arxa fona qarışa bilir. Mərkəzə qayıtdıqca isə xətlər yenə də aydınlaşırlar. Təsvir öz neqativinə çevrilir. Bu zaman qara şüalar ağ, ağ fon isə qara görsənir. Şüaların gedişi boyu belə inversiya bir neçə dəfə baş verə bilər. Yaxşı görməyə malik insanla bu mənzərəni görmək üçün şəkli gözlərinə yaxınlaşdırmalıdırlar. Böyük məsafədə isə bütün şüalar böyük boz ləkəyə çevrilir. 

 

Nəticə | Əgər nəticələrinizin normaya uyğun olmadığını aşkar etmisinizsə, oftalmoloqa müraciət edin.

Daltonizmin təyini

Daltonizmin (rəng duyğusunun) təyini asanlıqla ev şəraitində həyata keçirilə bilər. Daltonizm – bir və ya bir neçə rəngin təyin edilə bilməməsidir. Ən çox təyinində çətinlik yaranan rənglər qırmızı, göy və sarı rənglərdir. Adı çəkilən patologiya anadangəlmədir.

 

Daltonizm testi sizin bu xəstəlikdən əziyyət çəkib-çəkmədiyinizi öyrənməyə imkan verir. 
Bunun üçün otağın işıqlarını yandırıb xüsusi polixromatik cədvəllərə baxmaq lazımdır. Hər bir cədvəl rəngli nöqtələr və dairələrdən ibarətdir. Onlar parlaqlıqlarına görə eyni, rənglərinə görə isə fərqlidirlər. Normal görməsi olan insan şəkillərdə rəqəmlər görür, daltonizmi olan insan isə yalnız nöqtələr və dairələr. Rəng duyğusunun olmamamsı irsi ötürülür və bu patologiyanın bir neçə növü mövcuddur. 

  • YouTube - White Circle
  • Instagram - White Circle
  • Facebook - White Circle