Katarakta

Katarakta nədir?

  • Katarakta (mirvari suyu)-gözün büllurunun bulanmasıdir.

  • Əsasən yaşla əlaqədardir və yaşlı insanlarda baş verir.

  • Katarakta tək və ya hər 2 gözdə ola bilər.

Büllur nədir?

  • Büllur gözün şəffaf hissəsidir,onun hesabina fokus torlu qişada alınır.

  • Normal gözlərdə işıq şüaları şəffaf büllurdan kecir və torlu qişada fokuslaşır.

  • Torlu qişada təmiz şəkil alinması üçün büllur şəffaf olmalıdır.

  • Əgər büllur bulansa xəstə dumanli və solgun görməyə başlayır.

 
Kimlərdə daha çox katarakta yaranır?

  • Kataraktanın olma riski yaşla artır.Risk faktorlarına bunlar aiddır:

  • Bəzi xəstəliklər (şəkərli diabet,autoimmun xəstəliklər)

  • Zərərli vərdişlər (siqaret,spirtli içki)

  • Şüalanma(uzun müddət günəş şüalarının şüalanması).

Kataraktanın simptomları nədir?

  • Dumanlı görmə

  • Rənglərin solgunlaşması

  • İşıq ətrafında həlqələrin olması

  • İkiləşmə

  • Eynəyin ölcülərinin tez-tez dəyişməsi

Kataraktanin başqa formaları var?

  • Ikincili katarakta-gözdə olan iltihab,dərman qəbulu və ya xəstəlik nəticəsində əmələ gəlir.

  • Anadangəlmə katarakta-bəzi körpələrdə anadangəlmə və ya uşaq ikən katarakta əmələ gəlir bu əsasən ana hamilə olan zamanı kecirtdiyi xəstəliklərə əlaqədardir. İrsiyyətdə öz rolunu oynayır.

  • Şüa kataraktası-uzun müddət şüalanmadan sonra əmələ gəlir.

Katarakta necə diaqnoz olunur?

  • Katarakta diaqnozu gözə tam müayinə olunduqdan sonra qoyulur.

  • Görmı itiliyi yoxlanir

  • Bəbəy genəldilməlidir və göz dibi yoxlanılmalıdır

  • Tonometriya

Kataraktanin dərmanla müalicısi varmi?

 

Xeyr. Kataraktanin müalicəsi yalniz cərrahi yolladır.

 

Əməliyyat hansi üsulla olunur?

 

Katarakta fakoemulsifikasiya üsulu ilə əməliyyat olunur.

 

FAKO nədir?

 

Fakoemulsifikasiya zamanı katarakta ultrasəslə əridilir və intraokulyar linza implantasiya olunur.

 

 

Əməliyyat agrılıdır?

 

Əməliyyat zamanı gözü damcı ilə keyləşdiririk və heç bir agri olmur.

 

Əməliyyata göstəriş nədir?

 

  • Pasientin görməsinin 50% -dək zəifləməsi

  • Eynəklə korreksiya olunmaması

  • Həyat tərzinə təsir etməsi

  • Göz önündə pərdə hiss etməsi

  • YouTube - White Circle
  • Instagram - White Circle
  • Facebook - White Circle