Keratokonus

Müalicə metodları

 

  • Inkişafın qarşısını alan müalicə

  • Görməni yaxşılaşdıran müalicə

 

Inkişafın qarşısın alan müalicə üsulu

 

Inkişafın qarşısın almaq tətbiri  Korneal çarpaz bağlama müalicəsidir.

 

Görmə keyfiyyətini  artıran müalicə

  • Erkən zamanlarda eynək görmə üçün faydalı ola bilər.

  • Keratakonusa görə kontakt linzalar istifadə oluna bilər.

  • Kornea içi halqalar istifadə oluna bilər.

  • Ireliyyən zamanda Kornea nəqli edilə bilər.

 

Görmədə azalma-görməni artırmaq üçün ilk növbədə kontakt linza üsulunu sınamaq lazımdır.Xəstəliyin gedişində yaxşıya doğru ilərləmə qeydə alınırsa stabillawdirib kontakt linza istifadə edilməlidir.

 

Əgər xəstə kontakt linza istifadə etmirsə həlqə üsulu,topolazer vəya göz daxili kontakt linza ilə müalicə aparılır.

 

Görməni yaxşılaşdıran müalicə

 

Klasik müalicədə bunuz qişa epiteli qaldırdıqdan sonra aralıqlarla gözə riboflavin (B2 vitamini, 0.1% lik solüsyon) damlatılır. Sonra 370 nanometrə UV ışığıyla 4-5 sm-lik uzaqlıqdan 30 dəqiqə vaxtında gözə tətbiq olunur. Umumi olaraq müalicə 1 saat davam edir. Bu müalicə sayəsində gənc xəstələr daha az yataq müalicəsi təmin olunmuşdur.


Xəstəliyin kəskinləşməsini dayandırmaq üçün CCL(corneal cross-linking) və həlqə üsulu tədbiq edilir. Bu üsul görməni artırmasa da xəstəliyin daha da inkişaf etməsinin qarşısını alır.

CCL üsulu ilə buynuz qişa stromasında yeni bağlar əmələ gəlməkdədir və buynuz qişa qabarmasını azaldıb , qarşısın almaqdadır.

 

Beləliklə buynuz qişa nəqlinə gedən pasientlərin sayi ciddi sürətdə azalmaqdadır.

Keratakonus nədir?

Keratokonus gözün şəffaf təbəqəsinin yəni buynuz qişanın ireliləyən miopiyası və astikmatı ilə birlikdə incəlməsi və qabarmasından ibarət  bir xəstəlikdir.  Əsasən yetkinlik dövründə başlayan xəstəlik ancaq 20 yaşından sonra xəbərdar olurlar. Xəstəlik 20-40 yaş arasında irəlilləyir və 40 yaşından sonra sabit  dönəmə girir. Buynuz qişa gözün əsas hissəsindən biridir. Buynuz qişa işıqları qıraraq torlu qişada  fokuslayaraq  aydın görməyimizə kömək edir. Keratakonusda buynuz qişanın forması dəyişilir və görmə pozulur. Keratokonusda maşın sürmə,  kompyuterdə yazı yazma, televizora baxma və ya oxuma kimi bəzi fəaliyyətlərini çətinləşdirə bilər.

Keratakonusun olma səbəbləri nələrdir?

  • Keratakonusun olma səbəbləri tam olaraq bilinmir ancaq genetiq və mexanıkı travmalar ən önəmli rol oynayır. Gözün ovulması, sərt kontakt linza istifadə edilməsi ekoloji faktorlar və genetik uyğunluğu olan insanlarda da bu xəstəlik irəliləyir.

  • Bu əlamətlər keratakonus yuksək nisbətdə olduğundan xəbər verir.bu kimi vəziyyətlərdə oftalmoloq müayinəsindən keçməyiniz yararlıdır.

Xəstəlik şüphələri?

  • Gözdə tez tez allergiya və ya qaşıntı olması

  • Nəsildə keratokonus xəstəliyinin olması

  • Devamlı artan miopiya və astikmatın olması

  • Hər göz müayinəsində fərqli eynək reçepti yazılması

  • Eynəklə də tam görməmək

  • Işığa  həssaslıq

Bu simptomlar keratakonus xəstəliyi riskinin yüksək nisbətdə olduğundan xəbər verir. Belə hallarda oftalmoloqa müraciət etməyiniz məsləhətdir. Gündəmimizdə eynək istifadə etmək istəməyən eksimer lazer müalicəsi fikirləşən xəstələr buynuz qişa incəlməsi üçün edilən topaqrafiya tətqiqi zamanı pasientlərdə  təsadüfən keratakonus  tapılır.

 

  • YouTube - White Circle
  • Instagram - White Circle
  • Facebook - White Circle