Əsas simptomlar  hansilardır?

  • Tromboz zamanı əsas simptom görmənin itməsi və ya görmənin dumanlı olması

  • Görmənin yuxarı və  ya aşağı  kvadrantda zəif olmasi

  • Görmənin qəfil itməsi

  • Adətən mərkəzi venanın trambozu tək bir gözdə baş verir. Bir gözdə baş verirsə digər gözdə də olma riski var.  

 

Hansı insanlar və pasientlər bu risk qurupuna daxildir?

  • Mərkəzi venanın trombozu  50 yaş və ondan yuxarı insanlarda baş verir

  • Arterial təzyiq

  • Şəkərli diabet

  • Aterosklerozu olan insanlar 

 

Müalicə nədir?

 

  • Anti-VEGF preparatların intravitreal yeridilmesi

  • Grid ve Pan-retinal  fotokoaqulyasiya

Retina xəstəlikləri

Diabetik retinopatiya nədir?

  • Diabet insulin ifrazının azalması nəticəsində qanda şəkərin miqdarının artmasıdır.

  • Torlu qişa gözün arxa qişasıdır və bu qişa işıq şüasına həssasdır. İşıq şüalarını transformasiya edərək beyinə ötürür.Diabetik retinopatiya nəticəsində qan damarlari kövşəkləşir və damar keciriciliyi artir. Keciriciliyin artmasi nəticəsində torlu qişaya su yıgılır (ödem),qansızmalar ,lipid depozitləri əmələ gəlir.

      

     Diabetik retinopatiyada görmənin itməsinə

     səbəb:

  • Lipid və su depozitlərin torlu qişanin mərkəzində yıgılması

  • Torlu qişa damarlarının qanaması

  • Torlu qişada membranın əmələ gəlməsi və torlu qişanın qopması

     Simptomlar:

  • İlkin mərhələdə xəstədə heç bir şikayət olmur.

  • Dəyişikliklər artdıqca görmə zəifləyir, oxuma, maşın sürmə çətinləşir.

  • Qan sizma göz önündə qara pərdənin əmələ gəlməsinə, uçan nöqtələrə və tam görmənin itməsinə səbəb olur.

     

     Diabetik retinopatiyanin irəliləmiş       

     mərhələlərində aşagidaki subyektiv

     simptomlar olur:

  • Uzaq görmə çətinləşir.

  • Yaxin məsafədə işləmək çətinləşir.

  • Dərman anotasiyaları və xırda şriftləri oxumaq çətinləşir.

  • Şəkərli diabet xəstələrinin gözlərinin kontrol müayinədən keçməsi mütləqdir

  • Diabetik retinopatiyanın erkən aşkarlanması və müalicəsi görmənin itməsinin və korlugun qarşısnı alır.

  • Erkən diaqnostikanın yeganə yolu bəbəyin damci vasitəsilə genəldilməsi və göz dibinin müayinəsidir.

     Tövsiyyə olunan kontrol müayinənin sxemi           belədir:

  • Aşkar olunmayan və ya yüngül retinopatiya zamani ildə bir(1) dəfə

  • Qeyri-proliferativ diabetik retinopatiya yumşaq forma zamani 6 aydan bir

  • Qeyri-proliferativ diabetik retinopatiya orta agirlikli forma zamani 3 aydan bir

  • Qeyri-proliferativ diabetik retinopaiya agir forma zamani 2 aydan bir

  • Lazer fotokoaqulyasiyadan sonra 1-aydan 6-aya kimi (oftalmoloqun məsləhəti ilə)

 

Diabetik retinopatiya və hamiləlik

  • Hamiləlik diabetik retinopatiyanin gedişini progressivləşdirir

  • Diabeti olan hamilə qadin hər 3 aydan bir müayinədən keçməlidir

Diabetik retinopatiya ilə necə mübarizə aparmal?

  • Vaxtında aşkarlanmış və kontrolda olan şəkər diabetik retinopatiyanın əmələ gəlməsinin və progressivləşməsinin qarşısını alır.

  • Klinik araşdırmalar göstərir ki, ilk 10 ildə kontrolda olan şəkərin qanda miqdari diabetik retinopatiyanın əmələ gəlməsini ləngidir.

  • Əgər qanda şəkərin miqdarı intensiv müalicə ilə kontrolda saxlanılsa diabetik retinopatiyanın 9 il müddətində progressivləşmə riski 5 dəfəyə qədər azalmış olur.

  • Kontrolda olmayan və qalxib-düşən şəkərin miqdarı diabetik retinopatiyanin əmələ gəlmə tezliyini artirir.

  • Xəstələr bilməlidirlər ki, təkcə şəkərin qanda kontrolu yox,həmçinin şəkərin qanda qalxib düşməsinin qarşisi alinmalidir.

  • Vaxtında müayinə,yaxşi pəhriz və dərmanların qəbulu həyatı vacib təyinatdır.

  • Hipertoniya, aşagı hemoqlobin, hiperlipidemiya, kardiomiopatiya və nefropatiyası olan xəstələrdə proliferativ diabetik retinopatiyanin əmələ gəlmə riski yüksəkdir.Ona görə bu sistemik faktorlar nəzarət altinda saxlanılmalıdır.

Lazerlə müalicəyə nə vaxt başlanılmalı?

  • Makulyar ödem

  • Proliferativ diabetik retinopatiya (yeni qan damarlarin formalaşmasi) zamani lazer göstərişdir.

İntravitreal anti-VEGF (LUCENTİS, AVASTİN) inyeksiyasi nədir?

  • Proliferativ diabetik retinopatiya zamani anormal damarlarin neovaskulyarizasiyası baş verir, sonra qansizma, torlu qişanın qopması baş verir.

  • Anormal qan damarlarının inkişafını dayandirmaq üçün lazerdən və anti-VEGF adlanan dərman qrupundan istifadə edirlər.

  • VEGF birləşməsi (vascular endothelial growth factor -vaskulyar endotelin böyümə faktoru ) torlu qişada anormal damarların əmələ gəlməsini stimullaşdırır.

  • Anti-VEGF qrup dərmanlardan istifadənin məqsədi anormal damarların əmələ gəlməsini dayandırmaq və reqressinə nail olmaqdir.

  • Anti-VEGF dərmanlardan AVASTİN və LUCENTİS intravitreal (gözün içinə) yeridməklə proliferativ diabetik retinopatiyanin progressivləşməsinin qarşısının alınmasında və prosesın stabilləşməsində qənaətbəxş nəticələr alinmaqdadir.

  • Avastin lazerlə kombinə şəkildə və ya tək istifadə oluna bilər.

  • Son araşdirmalar göstərir ki,Avastinin (off-label) makulyar ödemin azalmasinda da rolu əvəz edilməzdir.

Cərrahi müdaxilə nə zaman göstərişdir?

  • Şüşəyəbənzər cismə qan sızdıqda (gözün içində qansızma )

  • Torlu qişa qopması

  • Refraktiv makulyar ödem

  • Vitreo-makulyar traksıya

Məndə şəkər var. Mənim ehtiyacim var sistemik yoxlanmaga?

  • Mütləq! Bu çox vacib faktordı. Mütləq böyrəklərin və ürəyin funksiyası,lipid və xolesterinin səviyyəsi yoxlanılmalı və normaya salınmaldır.

  • Siz yadda saxlamalısız ki,gözünüzdə aparilan müalicənin effektiv olmasi üçün ümumi vəziyyət və şəkər kontrolda olmalıdır.

Qanda şəkərin yaxşi kontrolu nəyə deyilir?

  • Ac qarina qlükozanin qanda miqdarının 110mg/dl və ya yeməkdən 2 saat sonra 150-160 mg/dl olmasi yaxşı kontrol hesab olunur.

 

Diabetik retinopatiyanın əmələ gəlməsini tezləşdirən risk faktorlar hansılardır?

  • Diabetin müddəti

  • Qanda şəkərin miqdarının yüksək olması və tez-tez qalxib düşməsidir.

  • Hipertoniya , ürək , böyrək xəstəliyi və hamiləlik

 

Diabetik retinopatiyanin ilkin mərhələdə necə aşkar olunmalidir?

  • Erkən aşkarlanmasının yeganə yolu torlu qişanın müayinəsidir. Çünki, ilkin mərhələdə xəstələrin şikayəti olmur.

 

Xəstəliyin simptomlarına nə aiddir?

  • Makulyar ödem inkişaf etdikcə görmə dumanlaşır, oxuma və maşın sürmə çətinləşir.

  • Görmə tədricən pozulur.

  • Gözün içinə qan sızdıqda görmə qəfil itir.

  • Əgər qansızma azdırsa göz önündə qara nöqtələr əmələ gəlir.

 

Diabetik retinopatıyanın diaqnozunu kim qoya bilər?

  • Göz dibi ilə məşgul olan oftalmoloq (retinoloq) diabetik retinopatiyanın və onun mərhələlərini təyin edə bilər.

 

Lazer fotokoaqulyasiyasi nədir?

  • Lazer güclü işıq enerjisinin şüalanmasıdir.

  • Bu enerji ilə torlu qişanın xəstəlikləri müalicə olunur.

  • Diabetik makulyar ödem və proliferativ diabetik retinopatiya zamanı lazer göstərişdir.

 

Bu necə baş verir?

  • Göz dibinin lazerini göz dibi mütəxxəsisi həyata keçirməlidir.

  • Lazerdən öncə xəstənin bəbəkləri dərman vasitəsi ilə genəldilir.

  • Sonra xəstə lazer aparati qabagında oturur.

  • Xüsusi diaqnostik linza gözə qoyulur və başlanir göz dibi fotokoagulyasiya olunmaga.

 

Xəstə lazerdən sonra evə gedə bilər?

  • Lazerdən sonra bir neçə saat görmə dumanlı olur.

  • Xəstə lazerdən 6-8 həftə müddətində özünü qorumalidir.(Şəkər ,qan təzyiqi kontrolda olmalıdır)

 

Bir seans lazerlə diabetik retinopatiyanın progressivlışməsinin qarşisini almaq olar?

  • Xeyr. Bir seans kifayət deyil.

  • Proliferativ diabetik retinopatiya zamanı 3 və ya daha çox seans lazım ola bilər .

  • Hər bir seansdan sonra xəstə periodik olaraq kontrola gəlməlidir .

  • Hər bir kontrol gəliş zamanı həkim xəstəyə göz dibinin vəziyyəti barədə məlumat verir .

  • Lazim ola biləcək əlavə lazer , intravitreal anti-VEGF (AVASTİN) inyeksiyasi və ya cərrahi əməliyyat barədə məlumat verilir.

 

QEYD-lazer fotokoaqulyasiyasi görmənin artmasi üçün deyil,sadəcə olaraq görməni stabil saxlamaq üçündür.

Diabetik retinopatiya

Normal göz dibi

 

Yaşa bağlı makulyar degenerasiya (YMD) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Torlu qişanın  mərkəzindəki bölgəyə makula (sarı  nöq-tə) deyilir. Sarı nöqtə ya da latınca adı fovea makulanın tam ortasında yer alır. Sarı nöqtə rəngli və aydın gör-məmizi təmin edər. 

Sarı nöqtə xəstəliyi nədir? 

  • Görmə mərkəzinin  yəni makulanı tutan xəstəlikdir. 

  • Retina və retina altındakı qişalara təmas edərək mər-kəzi görmənin azalmasına yol açar. 

  • 50 yaşdan sonra ciddi görmə itkisinə ən çox səbəb olan xəstəlikdir. 

Xəstəliyin simptomları nələrdir? 

  • Görmənin zəifləməsi yada bulanıq görmə 

  • Görmə sahəsinin ortasında qara nöqtələr

  • Rəngləri solğun və donuq görünməsi 

  • Cizgiləri əyri,dalğalı ya da zəif görünməsi 

Kimlər sarı nöqtə xəstəliyinə görə daha çox risk altın-dadır?  

  • Yaş artdıqca risk artar.

  • Siqaret çəkmək xəstəliyə yoluxma riskini 3 dəfə artırır.  

  • Siqaret çəkən əhatədə olmaq riski 2 dəfə artırır.

  • Siqareti atmaq riski azaldır . 

  • Günəş ışıgına həddindən çox məruz qalmaq 

  • Özəl olaraq mavi və ultrabənövşəyi dalğalı şüalar

  • Ayrıca, ailədə sarı nöqtə xəstəliyi tapılması, yük-sək qan təzyiqi,qanda  xolesterin olması , ürək və dam-ar xəstəliyinin olması , yüksək bədən kütləsi indeksi və müəyyən vitamınlərin və mineraların yediklərimizlə az qəbul olunması sarı nöqtə xəstəliyi üçün risk faktırıdır. 

 

Qidalanmamızın  sarı nöqtə xəstəliyi ilə necə bir əla-qəsi vardır? 

  • Luteinin bol olduğu qidalar. 

Ispanaq, kələm və brokolidən bol bir pəhrizlə qidalanan insanlarda sarı nöqtə xəstəliyi daha az rast gəlinir. Bu qidalrda bol miqdarda lütein və zeaksantin deyilən makulanı qo-ruyucu 2 önəmli piqment var. Tünd yaşıl yarpaqlı səbzələrdən başqa sarı bibər, qarğıdalı, avokado, şaftalı, portaqal, xurma və yumurta sarısında da bol miqdarda lütein və zeaksantin vardır. 

  • Sinkdən zəif bir dietayla bəslənən insanlarda sarı nöqtə xəstəliyi daha sıx rast gəlinir. ət, balıq ,qabıqlı dəniz məhsulları , paxla,lobya , noxud, yulaf kimi qidalarda sink tapılmaqdadır. 

  • Omega -3 yağ asetilərinden zəngin bir dietayla qidalanan insanlar da həm xəstəlik daha az rast gəlinir həmdə xəstəliyin irəliləməsini yavaşıtmadadır. Balıq (lasos,ton və sardini)  yağı, qoz , və bitki yağlarında (kətan toxumu) bol miqdarda omega- 3 yağ asitiləri tapılmaqdadır. Göz sağlamlığınız üçün bol meyvə qəbul olunması vacibdir. Doymuş yağ asitilərindən və xolestirinli zəngin qidalardan uzaq durmaq lazımlıdır. 

Xəstəlik necə başlayır? 

  • Erkən zamanlarda xəstələrin makulalarında ağ nöqtələr meydana gəlmələri gözlənilir. Bu mərhələdə xəstələrin görmələri tamdır ya da xəfif azala bilər 

  • Bunları ancaq detaylı bir retina müayinəsi sırasında göz həkimi ispatlaya bilər və irəliləməsinə qarşısını almaq üçün sizə lazımlı vitaminlər verir və təkliflər verir. Bu da göz həkiminin etdiyi   periodik müayinənin önəmini göstərir.  

  • Erkən mərhələdə sarı nöqtə xəstəliyinin irəliləməsi davam edər və 2 –ci tip sarı nöqtə xəstəliyi əmələ gələ bilər. 

 

 

 

 

 

 

 

 

 

 

YMD 2 tipi var: Quru və Yaş tip 

  • Quru tip sarı nöqtə xəstəliyi daha sıx rast gəlinir, daha yavaş irəlilədiyindən görmə itkisi daha azdır və uzun zamanda meydana çıxır. Ağ nöqtələrin(druzlarin) sayi ölçüləri artar. Retina piqment epiteli və fotoreseptorlu hüceyrələrdə atrofiya meydana gəl-diyindən görmə azalır. Quru tip bəzi zamanlarda yaş tipə çevrilə bilir. Amsler  kağız testi ilə öz özünüzü yoxlaya bilərsiniz. Bu testde düz cizgilərin əyri görünməsi , bəzi xətlərin görünməməsi  ya da tünd görünməsi sarı nöqtə xəstəliyidən xəbər verə bilər. 

  • Yaş tip sarı nöqtə xəstəliyində retina altında yeni damarlar əmələ gəlir. Bu yeni damarlardan maye yığımı və qanama olur. Maye toplanırsa düz cizgilər əyri görülür; qanama olursa ciddi görmə itkisinə səbəb olur. Ən son mərhələdə çapıq toxuma halını alır. Ciddi mərkəzi görmə itkisi meydana gəlir ama kənardan və mərkəzin ətrafının görməsi qorunur. Çox nadir hallarda tam korluq yaranar. 

Bu halda hansı müayinələr edilməlidir? 

  • Optik koqerent tomografiyası (OCT) hər xəstəyə standart uygulanır.  

Sarı nöqtə xəstəliyinin müalicəsi nədir? 

Əgər quru tipli sarı nöqtə xəstəsisnizsə düzənli olaraq oftalmoloqa getməyiniz və çeşidli vitamin və mineral maddələri ilə lütein kimi antioksidant özəlliyi sahib həbləri istifadə etməyiniz önəmlidir. Yaşa bağlı göz xəstəliyi çalışma qurupunun sarı nöqtə xəstəliyini irəliləməsini yavaşıtdığı üçün təklif etdiyi formulası; 

  • C vitamini 500 mg 

  • E vitamini 400 IU 

  • Lütein 10 mg 

  • Zeaksantin 2 mg 

  • Sink 80 mg 

Yaş tipli YMD müalicəsi nədir?

Yaş tipli sarı nöqtə xəstəliyində son zamanlarda ən çox uyğulanan müalicə göz içinə anti- VEGF( Vascular Endothelial Growth Factor) dərman ineksiyasıdır. Bu dərmanlar, qanamalara və maye yığımlarına yol açaraq görməni azaldan  anormal damar inkişaflarına əngəl olurlar. Beləliklə xəstəliyin inkişafına əngəl olurlar. 

Ən çox göz içinə uyqulanan anti- VEGF-lər Bevacizumab, Ranibizumab, Aflibercept tət-biq olunurlar.  Müalicədən yaxşı nəticə ala bilmək üçün xəstələrin düzənli kontrola gəlməsi çox önəmlidir. 

Anti-VEGF əks təsiri  nədir?

  • Göz içinə edilməsinə baxmayaraq ağrısızdır və asand bir prosedurdur.  

  • Əks təsirləri çox azdır.  

  • Göz iltihabı, katarakta inkişafı çox nadirdir. 

 

Torlu qişanın mərkəzi venasının trombozu.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Torlu qişanın vacib əsas bir arteriyası və bir venası var. Onlar gözə daxil olduqdan sonra şaxələnirlər və hissələrə yuxarı və aşağı  kvadrantlara bölünürlər. Torlu qişanın mərkəzi venası tıxandıqda buna torlu qişanın mərkəzi venasının trombozu deyirlər.

 

Okkluziyada blok baş verdikdə damarda tıxanma baş verir və Tromboz zamanı qan torlu qişanın daxili qatlarına dövran edə bilmir. Bu halda makula şişir, ora maye yığılır və bu da mərkəzi görməyə təsir edir.

 

Uzun müddət bunun belə durğun qalması sinir hüceyrələrinin məhv olmağına və görmənin daha da zəifləməsinə gətrib çıxardır.  

 
  • YouTube - White Circle
  • Instagram - White Circle
  • Facebook - White Circle