• YouTube Social  Icon
  • Facebook Social Icon
  • Instagram Social Icon

Blog

Uşaqlar üçün gün eynəkləri

Uşaqlar, böyüklər kimi gün eynəklərinin dəbi ilə maraqlanmırlar. Lakin onlar zamanlarının çox hissəsini günün altında keçirdikləri üçün ultrabənövşəyi şüalardan 100%-li qorumanı təmin edə biləcək eynəklərin yaradılması olduqca vacibdir.

 

Əslində, məhz uşaqların böyüklərə nisbətən zamanlarının böyük hissəsinin açıq məkanlarda keçirmələrinə görə bəzi mütəxəssislər hesab edirlər ki, insanın ömürlük UV ekspozisiyasının əsas hissəsi məhz 18 yaşa qədər baş verir (Lakin Xərçəng Fondunun alimləri iddia edirlər ki, 18 yaşa kimi şüalanma dərəcəsi 25%-dən az olur). Həddindən artıq ultrabənövşəyi şüalanma kataraktanın yaranmasına səbəb olduğu üçün, uşaqlara keyfiyyətli gün eynəklərini gəzdirməyə baçlamaq heç vaxt tez deyil.

Əslində, ultrabənövşəyi şüalar günəşdən gələn yeganə ziyan deyil. Yeni tədqiqatlar göstərir ki, “göy işıq” adlanan yüksək enerjili işıq şüalarının gözə uzunmüddətli təsiri də gözlərdə müxtək narahatlıqlara səbəb ola bilir. Xüsusi olaraq, bəzi alimlər hesab edirlər ki, UB şüaların gözlərə uzunmüddətli təsiri gələcəkdə makulyar degenerasiyanın yaranmasına gətirib çıxarır.

 

Bu növ eynək çərçivələri yüngül və rahatdır. Odur ki, uşaq onu hiss etmir və onlar sınmır, eyni zamanda polikarbonat şüşələr UB şüalardan 100%-li müdafiəni təmin edirlər. RKS Flex, by Real Kids S hades.

 

 

Gün eynəkləri, həmçinin gözləri qarda əks olunan işıqdan qoruyur. Uşaqlarınız üçün polikarbunat eynəkləri seçin, çünki onlar zərbəyə davamlıdırlar.

 

Uşaqların gözləri böyüklərə nisbətən UB və yüksək enerjili şüalara qarşı daha həssasdır. Çünki uşaq gözünün bülluru hələ bu şüaları filtrdən keçirə bilmir. Odur ki, uşaqlar üçün gün eynəklərinin erkən yaşlarından gəzdirməyə başlanılması daha məqsədəuyğundur.

Həmçinin, qeyd etmək lazımdır ki, günəşin zərəli təsiri açıq qarlı ərazilər, tropik iqlim və qumlu dəniz shilləri kimi işığı əks etdirəm mühitlərdə daha çox olur. Buna görə də, belə şəraitlərdə gözlər xüsusilə diqqətlə qorunmalıdır.

 

Eynək şüşələrinin rənginin seçilməsi

 

Əslində, UB qorunmanın dərəcəsinə eynək şüşələrinin rənginin heç bir aidiyyəti yoxdur. Əgər sizin eynəyiniz 100% qorumanı təmin edirsə, şüşənin rəngi tam sizin istəyiniz və zövqünüzdən asılı olur.

Yüksək enerjili şüalardan qoruyan şüşələrin əksəriyyəti ambra və ya bürünc rəngli olur. Onlar mavi işıq şüalarının qarşısını alaraq, contrast görməni gücləndirir ki, bu da açıq havada idmanla məşğul olan və velosiped sürən zaman çox faydalı olur.

 

Uşaqlar üçün eynəklər

 

Rəngli yeniyetmə eynəkləri hələ də aktualdır, lakin eynək istehsal edən şirkətlər uşaqların öz valideynləri və böyük bacı-qardaşlarına oxşamaq arzusuna dayanaraq, yeni fikirlər irəli sürür.

Oval, dairəvi, düzbucaqlı, pişik gözü və geometric formalarda, yaşıl, mavi, qara rənglərdə eynəklər daha populyardır.metallik çərçivələr, həmçinin dəbdədir, lakin böyüklərin eynək formalarını təkrarlayan plastic çərçivələr daha aktualdır. Buraya idman üslüblü eynəkləri də aid etmək olar.

 

Uşaq eynəklərini haradan almaq olar?

 

Uşaqlar üçün eynək satılan ən yaxçı yerlər – xüsusi eynək mağazalarıdır. Bəzi optiklər xüsusi olaraq uşaq eynəkləri üzrə ixtisaslaşırlar. Onlar fəaliyyətlərini sadəcə olaraq, uşaq eynəkləri və eynəklər üçün çərçivələrə həsr edirlər. Uşaqlarınız üçün eynək seçərkən hara getsəniz, əmin olun ki, sizə təcrübəli personal və mütəxəssislər xidmət göstərir.

 

 

Aksessuarları unutmayın

 

Eynək seçimi zamanı optik uşağa gün eynəklərinin faydalarını və onlardan istifadə qaydalarını izah etməlidir. Çox zaman optik sizə eynəklərin vaxtından əvvəl korlanmaması üçün təmizləyici maddələr, dəsmallar və bərk materialdan hazırlanmış quruyucu qab təklif edəcək.

Eynək ipləri (bəzən onlar fiksator da adlandırılır) də yaxşı ideyadır. Uşaqların aktiv hərəkətləri zamanı gün eynəkləri gözlərindən düşə bilir və belə bir halda, iplər eynəyi boyundan asılı şəkildə saxlayaraq, onun yerə düşməsinin qarşısını alır. Vacib bir faktı yadınızda saxlayın ki, gün eynəklərinin şüşələri zərbəyə davamlı olur, lakin onlar sına da bilər. Bir çox valideynlər uşaqları üçün eynək seçərkən, dayanıqlı və zərbəyə davamlı olan polikarbonat şüşələrə üstünlük verirlər.

Kobud və ya idman fəaliyyəti ilə məşğul olanlar üçün isə xüsusi materiallardan hazırlanmış çərçivələr də mövcuddur.

 

Top 5 uşaq eynək trendləri

  1. Böyüklərin eynəklərinə bənzər dəbli formada olan çərçivərlər;

  2. Müasir plastic və əlvan rəngli;

  3. İdman üslubunda olanlar;

  4. Optik eynəklərə birləşən günəş eynəkləri. Bəli, artıq uşaqlar üçün dəmir çərçivəli cansıxıcı optic eynəklər almağa ehtiyac yoxdur. Siz onların gün və optic eynəklərini uyğun qiymətə birləşik şəkildə sifariş edə bilərsiniz. Bəzi modellərdə gündən qoruyan əlavə şüşələr eynəyə maqnit vasitəsilə birləşdirilir.

  5. Tanınmış marka eynəkləri. Bir çox uşaqlar artıq öz valideynləri və bacı-qardaşları kimi brendlərə qarşı maraq göstərirlər. Bəzi eynək istehsalçıları Disney ilə birləşərək, eynəkləri uşaqlar üçün daha cəlbedici etməyə çalışmışlar.

 

 

Share on Facebook
Share on Twitter
Please reload