• YouTube Social  Icon
  • Facebook Social Icon
  • Instagram Social Icon

Blog

Eynəkli uşaqlar niyə çoxalır?


"Yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur”

 

Oftalmoloq-cərrah Günay Əliyeva"Kaspi”yə açıqlamasında bildirdi ki, problemin artması kimi, səbəbləri də göz önündədir: "Məktəbdən danışsaq, dərs rejimi düzgün deyil, ağırdır. Uşaqlar səhərdən axşama qədər yaxın məsafəyə baxırlar. Yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına gətirib çıxarır. Göz yaxını yaxşı görməyə başlayır, uzağı görmə mənfiləşir.  Üstəlik, uşaq bütün gün dərsdə olur, evə gəlib yeməyini yeyən kimi, "get dərslərini hazırla” deyirlər. Bu kimi yüklənmə ilə yanaşı, uşaqda mənfiliyə bir az genetik meyillilik də varsa, mənfiləşməyə, spazmın proqressivləşməsinə gətirib çıxarır. Həqiqətən də yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur. Çünki onlar bütün gün yaxına baxırlar. Eyni zamanda uşaqlar dərsdən sonra televizora bəzən çox baxırlar, kompüter, telefonlarla da vaxt keçirirlər. Bunlar da göz əzələləri üçün əlavə stressdir. Ona görə də inanılmaz dərəcədə mənfiləşmə gedir”. 

 

"Bir az külək əsən kimi uşağı açıq havadan gizlədirik”

 

G.Əliyeva deyir ki, profilaktik olaraq əsas məsələ gözün gigiyenasına diqqət etməkdir. Bu isə kompeks bir işdir. İdman, təmiz havada olmaq, qamətin düz saxlanması, işıqlandırmaya diqqət olunması və s: "Görmə ölçülərinin artmaması üçün biz profilaktik olaraq gigiyenik qoruma işləri görməliyik. Uşağın dərsdən gələndən sonra iki saat açıq havada olmasına şərait yaratmaq lazımdır. Uzağa baxsınlar, evdə yaxına baxmaq olmaz. Bu, göz əzələlərinin spazmını aradan qaldırmaq üçündür. İkincisi, qidalanmaya fikir verməliyik. Tərkibində müxtəlif fermentlər olan qidalanma olmalıdır. Hər bir maddənin qida rasionumuzda olmasına çalışmalıyıq. Həftədə iki dəfə uşaq balıq yeməli, meyvə-tərəvəzlərdən istifadə olunmalıdır. Kahı və ispanaq kimi tərəvəzlər, balığın özü ilə yanaşı, yağı da faydalıdır. İdman mütləqdir və əvəzedilməzdir. Uşaqların həyətə çıxarılması çox yaxşıdır. Təmiz hava, oksigen əzələlərin qidalanmasına gətirib çıxarır, uzağa baxma əzələ spazmını aradan götürür. Gözündə zəiflik olan uşaqları bəzən idmandan uzaq tuturlar. Amma "eynək taxırsa, idmandan uzaq olmalıdır”  – deyə bir şey yoxdur. Biz yağış yox, bir az külək əsən kimi uşağı açıq havadan gizlədirik. Mən iki gündür Amerikadan konfransdan gəlmişəm. Orda da miopiya problemi var, müasir texnologiyalardan istifadə edirlər, amma yükləmə yoxdur, uşaqlar təmiz havada çox vaxt keçirirlər, balaca uşaqlar soyuq havada çöldə olurlar. Evdə uşaqların dərs hazırladıqları yerdə stolüstü lapmalar olmalı, uşağın qaməti düz tutmasına fikir vermək lazımdır. Biz hamımız - oftalmoloq, məktəb və valideyn bir yerdə çalışmalıyıq ki, mənfiləşmə 0,5-0,75 faizdən çox olmasın. Əgər bunları etməsək, mənfilik sürətlə artacaq və qalın eynək taxmaq məcburiyyətində qalacaqlar”.

G.Əliyeva dedi ki, görmə problemi olmadığı halda belə, gözün yaxın və uzağa baxması balansını qorumaq lazımdır: "Uzağa və yaxına, yuxarı və aşağı, sağa-sola baxanda əzələlər idman edir, yığılır-boşalır. Belə bir anlayış var ki, yaxına 3 dəqiqə baxırıqsa, 2 dəqiqə uzağa baxmalıyıq

 

http://kaspi.az/az/eynekli-usaqlar-niye-coxalir/

Share on Facebook
Share on Twitter
Please reload